"Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirildi.

      Fevralın 8-də  Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Polis İdarəsinin  birgə təşkilatçılığı ilə məktəbimizdə " Narkomaniyaya yox deyək!" adlı geniş maarifləndirici tədbir keçirilib.

      Tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasından ibarət idi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev, Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Lətafət Dadaşova, məktəbin direktoru Nihal Hacıyeva,  şagird və müəllimlər  iştirak edib.

      Nəsimi rayon İcra Hakimiyyətinin müavini Anar Tağıyev öz  çıxışı zamanı  narkomaniya və onun törətdiyi fəsadlar haqqında hər bir vətəndaşın , xüsusən də yeniyetmə və gənclərin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılmalı olduğunu bildirib. 

      Tədbirdə çıxış edən digər natiqlər uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğunu bildiriblər.  

     Tədbirdə ,həmçinin, narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunub, məktəbin dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

     

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi