Azərbaycan filmləri nümayiş etdirilir.

     İncəsənətin geniş yayılmış növlərindən biri olan kino bu gün milli-mənəvi dəyərlərin təbliğində və xalqımızın milli özünüdərkinin möhkəmləndirilməsi işində mühüm rol oynayır. Məktəbimizdə şagirdlərin asudə vaxtının səmərəli təşkili zamanı  bu prinsipi əsas tutaraq  dərsdən sonra  mütəmadi olaraq Azərbaycan filmləri nümayişi etdirilir.

 

    Son 10 gün  ərzində şagirdlər yaş səviyyələrinə uyğun olaraq "Nəsimi", "Axırıncı aşırım", "Qaraca qız","Ögey ana", "Mən mahnı bəstələyirəm","Sehrli xalat" və "Bir qalanın sirri " filmlərini izləyib.  

 

   Qeyd edək ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, bununla bərabər milli-mənəvi dəyərləri qorumaq  və təbliğ etmək məktəbimiz qarşısında duran ən ündə vəzifələrdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi