"Dəyərlərimiz - sərvətimiz, gələcəyimizdir" layihəsi çərçivəsində məktəblilərlə görüş keçirildi

   Təhsil Nazirliyi və TİKA-nın dəstəyi ilə həyata keçirilən "Dəyərlərimiz - sərvətimiz, gələcəyimizdir" layihəsi çərçivəsində 11.01.2019-cu il tarixində Nəsimi rayonu 247 nömrəli tam orta məktəbdə qonaq olan "Pətək" ictimai birliyinin təqdimatı çox maraqlı keçdi. Əməkdaşlar bildirdi ki, "Şagirdlərin baxışlarında gördüyümüz sevinc və maraq qığılcımları bizi daha da həvəsləndirirdi. " Dəyərlərimizlə gələcəyimizi qoruyaq" şüarı ilə çıxdığımız bu yolun nə uzaqlığı, nə də çətinliyi bizi qorxutmur. Bilirik ki, bu şərəfli işdə sərf etdiyimiz vaxt və əziyyət layihəyə qatılan məktəblilərin timsalında öz bəhrəsini nə vaxtsa verəcək."
  Biz də öz növbəmizdə əməkdaşlara öz minnətdarlığımızı bildirir, onlara bu yolda uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi