"Hamımız həmrəyik" adlı breyn-rinq intellektual oyun keçirilib

    28.12.2018-ci il tarixdə məktəblilərarası 31 dekabr- "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş "HAMIMIZ HƏMRƏYİK" adlı breyn-rinq intellektual oyun keçirilib.

    Bakı şəhəri 274,19,144,14 və 247 nömrəli tam orta məktəblər arasında təşkil olunan bu yarışda humanitar-riyaziyyat-iqtisadiyyat təmayül istiqaməti üzrə təhsil alan 10-cu sinif şagirdləri iştirak edib.  3 mərhələdə keçirilən yarışda Azərbaycan və dünya tarixini əks etdirən suallar səsləndirilib. Milli filmlərimizdən təqdim olunan kadrlarla bağlı suallar və iştirakçıların ürəkaçan cavabları  Azərbaycan kinosuna olan xüsusi marağın bariz nümunəsi idi.      Sağlam mübarizənin sonunda I yerə  274 nömrəli tam orta məktəb, II yerə  144 nömrəli tam orta məktəb,  III yerə  isə 14 nömrəli tam orta məktəb  sahiblənib..

   Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblərarası əməkdaşlığı möhkəmləndirməkdən ibarət olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi