"Vətənpərvərlik gecəsi" keçirilib

       Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan  Respublikası Prezidentinin sərəncamına əsasən  silsilə tədbirlərimiz davam edir. Bu istiqamətdə növbəti  tədbir hərbi rəhbər Zülfüqar Mehdiyevin başçılığı ilə keçirildi. Qəhrəmanın sənədlər toplusu, öz əlyazmaları, şeirləri, rəsm əsərləri, ailəsinə yazdığı məktublar ilə tanış olan şagirdlər daha sonra onun haqqında çəkilmiş "Uzaq Sahillərdə" filmindən kiçik fraqmentlərə tamaşa  etdilər.
     Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi