12 DEKABR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR.

 12 dekabr Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Bu gün məktəbimizin bütün siniflərində, həmçinin məktəbəhazırlıq qruplarında Ulu öndər Heydər Əliyevin əziz xatirəsi hörmətlə yad edilib, ilk dərs saatı  ümummilli liderin əziz xatirəsinə həsr olunub.

    Məktəbin tarix  müəllimi Günay Allahverdiyevanın təşkilatçılığı ilə  şagirdlər akt zalında ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbirdə iştirak edib, şeirlər söyləyib, onun həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədli filmlər izləyib.           

    Tədbirdə məktəbin direktoru Nihal Hacıyeva  görkəmli dövlət xadimi, güclü siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət  açıb.

Qeyd edək ki, bu gün  Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini  minnətdarlıq hissi ilə xatırlamaq və bu hissi gələcək nəsillərə ötürmək  bizim borcumuzdur..             

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi