1 dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü”dür

  1988-ci ildən etibarən hər il dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” qeyd edilir. Bu məqsədlə məktəbin  müəllimi Gülnaz Mirzai və həkim "QİÇS-dünyamdan uzaq dur!"  şüarı altında yuxarı sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparıb. Həmin söhbətlər zamanı şagirdlər "QİÇS nədir?"," Necə yoluxur?"," Ondan necə qorunmaq lazımdır? kimi bir çox suallar müzakirə olunub.

      Maarifləndirici söhbətlərdə məktəb rəhbərliyi də yaxından iştirak edib,şagirdləri-böyüməkdə olan gənc nəsli sağlam həyata səsləyib, əsrin bəlasına çevrilmiş QİÇS-ə yoluxmamaq üçün  daim ehtiyatlı olmağın vacibliyini, nəinki özlərini hətta ətrafdakıları insanları da maarifləndirməli olduqlarını onların diqqətinə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi