20 yanvar faciəsinin 26-cı il dönümü ilə əlaqədar tədbir keçirilib
19 yanvar 2016-cı il tarixində Nəsimi rayon 247 №-li tam orta məktəbdə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar anım tədbiri keçirildi və dəyirmli masa təşkil olundu.Tədbirdə hadisələrə ictimai-siyasi qiymət verildi. Şagirdlərin 20yanvarla baglı araşdırdıqları məsələlər müzakirə edildi. Hadisəylə bağlı sənədli filmlərdən videoçarxlar təqdim edildi. Tədbir məktəbin ingilis dili müəllimi Aybəniz İbrahimova və tarix müəllimimi Günay Allahverdiyeva tərəfindən tazırlanmışdı.Tədbirin sonunda 18 oktyabr Dövlət Müstəqilliyinə həsr olunmuş tədbirdə fərqlənən şagirdlər Fəxri Fərmanla təltif olundu.