Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa
A.Rəhimov adına 247№li tam orta məktəb üzrə “General Səməd bəy Mehmandarovun 160 illik yubileyi”nə aid keçirilən tədbir haqqında. 247№li tam orta məktəbdə VII siniflərdə General Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edildi.Tədbiri tarix müəllimi Günay Allahverdiyeva təşkil etmişdir.Tədbirdə Generalın həyatından , xidmətlərindən tarixi faktlara istinadən məlumatlar verildi.Şagirdlər topladıqları məlumatlarda 1904-1905-ci illərdəki Rus-Yapon müharibəsində , 1914-1918-ci ildə I Dünya Müharibəsində, Azərbaycan Xalq Cumhuriyyətində göstərdiyi rəşadəti xüsusilə şərh etdilər.Müəllim “Lodz “ əməliyyatı və Port-Artur qalasının müdafiəsində S.Mehmandarovun hərbiçi kimi səriştəsini faktlarla və müasirlərinin xatirələri ilə zənginləşdirib şagidlərə təqdim etdi.Tədbirdə S.Mehmandarova həsr olunmuş video çarxlar və tədbirin sonunda Generalın fəaliyyətindən bəhs edən “Sərdar” filmi nümayiş etdirildi.