Şagirdlərin peşə seçimi

Dekabrın 16-da məktəbimizin şagirdləri ”Peşə Profilinin Müəyyənləşdirilməsi” layihəsi çərçivəsində psixoloji test və müşahidə oyunlarında iştirak etmişdilər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar" üzrə 1- ci qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir. Layihənin məqsədi məktəblilərin müasir metodika, psixoloji diaqnostika və texnikalarla bilik və bacarıqlarının öyrənilməsi və düzgün istiqamət göstərilərək yuxarı sinif şagirdlərinə dərk edilmiş şəkildə peşə seçimini etməyə kömək etmək, peşə seçimini etmək üçün psixoloji hazırlıq üçün şərait yaratmaq, öz gələcəyi, peşəkar karyerasını planlaşdırmaq üçün səriştələrin verilməsindən ibarət idi.

Aprelin 5-də artıq şagirdlərə bu işin nəticələri elan edildi və onlara yazılı şəkildə təqdim olundu. Burada şagirdlərin fərd olaraq hansı sahədə uğur qazana biləcəkləri, hansı peşəni seçmələri, hədəfə necə çatmaq və s. kimi məslələr qeyd olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi