Aprel şəhidləri yad edilib

        04. 04. 2018-ci il tarixində 8 "B" sinif şagirdləri 2016-cı ildə baş vermiş aprel döyüşləri ilə bağlı "Şəhidlər ölməz" adlı kompozisiya təqdim etdilər.  Tədbiri Sevda Məmmədova təşkil etmişdi. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin tarix müəllimi Günay Allahverdiyeva şagirdlərə 2016-cı il aprel ayında cəbhədə baş verən hadisələr haqqında geniş məlumat verdi. Daha sonra şagirdlərin çıxışı dinlənildi. Mərd oğullarımızın döyüş meydanında göstərdikləri qəhrəmanlıqlar, onların ailələri, məktəb və cəmiyyətdə fəaliyyətləri haqqında geniş məlumat verdilər. Ailə üzvlərinin şəhildlər haqqında xatirələri səsləndirildi. Şagirdlər kompozisiyalar nümayiş etdirdilər. Şəhidlərin həyatına həsr olunmuş müxtəlof videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi