"31 mart soyqırımı"na həsr olunmuş tədbir

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd ed1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Tariximizin və qan yaddaşımızın şagirdlərə çatdıırılması məqsədilə martın 31-də məktəbin akt zalında geniş tədbir keçirildi. Tədbirdə törədilmiş bu cinayətlərin baş vermə səbəbləri haqqında məktəbin tarix müəllimi Günay Allahverdiyeva geniş məlumat verdi. O qeyd etdi ki, mənfur ermənilər zaman-zaman fürsət düşən kimi öz çirkin əməllərini yerinə yetirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
        Sonra şagirdlərin çıxışları dinlənildi. Tədbir soyqırıma həsr olunmuş videoçarxın nümayişi ilə başa çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi