Fizika dərsi dinlənildi

Fizika fənni üzrə 7”A” sinfində Zəkiyyə Cəfərovanın dərsi dinlənib. Dərsin mövzusu “Arximed qanunu" olub. Şagirdlər duzlu və adi suda yumurtanın batması və üzməsi təcrübəsini keçiriblər. Bu təcrübəni izah etdikdən sonra iki qabın birinə kartof, digərinə isə alma atıblar. Onların suda batma və üzməsini araşdırıblar. Ən son təcrübədə isə suda üzən qayığın timsalında mayedə cismin çəkisinin necə dəişdiyini öyrəniblər. Dərs standartlara uyğun keçirilib.