Valideyn-şagird-müəllim münasibətləri

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır. Həm də müasir anlamda yalnız öyrətmir, eyni zamanda, yetişdirir, tərbiyə edir, formalaşdırır və hər bir gənci xalqa, cəmiyyətə təqdim edir. O, müstəqil işləmələrinin qayğısına qalır, yetirmələrini düşündürücü suallar üzərində çalışdırır, keçilən mövzunu müasir həyatla əlaqələndirir, hər bir dərsin həm də tərbiyəvi xarakter daşımasına, uşaqların mənəvi aləminin zənginləşməsinə ciddi diqqət yetirir.
Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır ki, müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarsın. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməlidir. Şagird nə qədər aktiv olsa da, yoldaşları ilə düzgün münasibət qurmasa da müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalı, onu düzgün şəkildə maarifləndirməlidir.
"Uşağın düzgün formalaşmasında valideynin rolu danılmazdır"-deyən müəllim Əzizova Gülü 9-cu sinif şagirdlərinin,məktəb rəhbərliyinin ,psixoloqun və valideynlərin iştirakı ilə mövzu ətrafında dəyirmi masa təşkil etdi.Şagirdlərin sərbəst fikirlərini dinləyənlər onlara düzgün istiqamətlər verməyə çalışdırlar.
Müəllim-şagird münasibətlərində valideynlərin də yanlışlara yol verdiyini deyən psixoloq məktəb-valideyn əlaqəsinin gücləndirilməli olmasının zərurətindən danışdı.