“Tülkü və durna” nağılı səhnələşdirildi

Dostluq, sədaqət, səmimiyyət və həqiqət insani hislərin əsas göstəricilərindəndir. Bunu nümayiş etdirdikləri səhnəciklərdə izah etməyə çalışan 1“C” sinfinin şagirdləri bu dəfə “Tülkü və durna” nağılını səhnələşdiriblər.
Nağılın süjet xətti ilə tanış olduqdan sonra şagirdlər sevimli nağıl qəhrəmanlarını məharətlə canlandırıblar. Tülkünün hiyləgərliyi və durnanın ona ustalıqla vermiş olduğu cavabı hikmətli atalar sözləri ilə yekunlaşdıran birincilər insanların vəfasızlığından və sədaqətindən söhbət açıblar.
Bu cür tamaşalar şagirdlərdə düzgünlük, dosta sədaqət, əməyə məhəbbət, qarşıya çıxan hər cür çətinlikləri aradan qaldıraraq öz məqsədlərinə nail olmaq və s. xüsusiyyətlər aşılayır.