Rus dili və ədəbiyyatı dərslərinin tədrisi

Rus dili və ədəbiyyatı dərslərinin tədrisi vəziyyətini öyrənmək üçün cari tədris ilinin fəaliyyət planının müvafiq bəndinə və məktəbdaxili əmrə əsasən təşkilat komissiyası yaradıldı. Bu məqsədlə fevral ayı ərzində fənn müəllimlərinin dərsləri bir neçə dəfə dinlənilib. Dərslər zamanı şagirdlər müxtəlif təqdimatlar edərək onlara təqdim olunan sualların həlli yollarını axtarıb, maraqlı müzakirələr aparıblar. Müəllimlər və şagirdlər mövzular ətrafında diskussiyalar edib, kreativ düşünmə bacarıqlarını nümayiş etdiriblər.
Əlavə olaraq şagirdlərdə rus dilinə maraq oyatmaq üçün fənn müəllimlərinin təşəbbüsü ilə yaradılmış danışıq klubları şagirdin inkişaf göstəricilərindən biridir. Burada əsas diqqət onların rus dilinin qrammatikası və danışıq dilini dərindən öyrənmələrinə yönəldilir.