Ümumdünya Mülki Müdafiə günü

1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə “Ümumdünya Mülki Müdafiə günü” elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub.
Ümumdünya Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Bu münasibətlə məktəbimizdə də mütəmadi olaraq müəllim və şagird kontingentini təlimatlandırmaq üçün seminarlar, dəyirmi masalar, nəzəri və praktik dərslər təşkil edilir.
1 mart tarixində məktəbin hərbi rəhbəri Zülfüqar Mehdiyev müxtəlif siniflər üzrə təşkil olunan nəzəri və praktik dərslərdə müəllimlərin mülki müdafiə işinin təşkilindən, onun məqsədindən, əhəmiyyətindən və fövqəladə hallar zamanı davranış qaydalarından söhbət açıb. O bildirib ki, məktəblərdə şagird və müəllim heyəti məhz bu qaydalar üzrə düzgün təlimatlandırılsalar xilasedicilər gələnə qədər öz təhlükəsizliklərini təmin edə bilərlər.
Daha sonra məktəbin stadionu ərazisində şərti yanğın vəziyyəti yaradılıb. Şagirdlər yanğınsöndürmə alətlərindən məharətlə istifadə edərək yanğının söndürülməsində iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd məktəbin şəxsi heyətinin MM üzrə nəzəri biliklərinin və əməli vərdişlərinin artırılmasından ibarətdir.