“Ana fəryadı” abidəsinə yürüş

O gecə yandı, yaxıldı Xocalı. Günahsız insanların ah-naləsi göylərə yüksəldi, analar ağı deyib ağladı, fəryad etdi  o gecə.  Soyqırım qurbanlarının əziz xatirəsini  anmaq, anaların fəryadını bütün dünyaya çatdırmaq məqsədilə  Bakıda “Ana fəryadı” adlı abidə ucaldıldı. Hər il minlərlə insan bu abidəni ziyarət edir, soyqırım qurbanlarını yad edirlər.

 26 fevral tarixində Xocalı faciəsinin 26-ci il dönümü ilə əlaqədar məktəbin şagird və müəllim kollektivi  “Ana fəryadı” abidəsinə doğru təşkil olunmuş ümumxalq yürüşündə iştirak ediblər. Şagirdlər  meydana əllərində  möhtəşəm Dövlət bayrağımız və “Xocalıya ədalət” şüarı ilə daxil olaraq abidə qarşısına tər qərənfillər düzüblər.

Yürüşün keçirilməsində məqsəd Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilən bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi