Xocalı harayı

1992-ci ilin sərt qış gecəsində Xocalıya qarşı törədilən qanlı cinayət hələ də qəlbləri göynədir, Xocalının adı gələndə ürəklər titrəyir. Xalqımız intiqam hissi ilə alışıb yanır.
Tarixə “Xocalı soyqırımı” kimi daxil olan bu hadisənin baş verdiyi vaxtdan artıq 26 il keçir. Hər il fevralın 26-sı bu bədbəxt şəhərin vəhşiliklə qətlə yetirilən dinc sakinlərini ürək ağrısı ilə yad edik.
Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Esmira İbrahimova və 8”A” sinif şagirdləri “Xocalı harayı” adlı layihə təqdim etdilər. Əvvəlcə faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himnimiz səsləndirilib. Xocalıya həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra şagirdlər öz hazırladıqları təqdimatlarla çıxış ediblər. Onlar Xocalıya həsr olunmuş şeirləri xüsusi ürək yanğısı ilə söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Tədbirdə Esmira İbrahimova və digər müəllimlər çıxış edərək bildiriblər ki, tarix boyu ermənilər xalqımıza qarşı düşmənçilik mövqeyi tutub, tarixi torpaqlarımıza göz dikib və fürsət düşən kimi öz məkirli niyyətlərini həyata keçiriblər.
Xalqımıza qarşı törədilən bu qanlı cinayəti heç vaxt unutmamalı, mənfur düşmənlərə qarşı həmişə amansız olmalı, xalqımızın qisasını almağa hər an hazır olmalıyıq.