Laboratoriya şəraitində oksigen qazının alınması

Kimyanın öyrənilməsində kimyəvi təcrübələr mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan məktəbdə kimya dərslərinin tədrisi zamanı kimya laboratoriyasında olan bütün imkanlardan maksimum dərəcədə istifadə edilir və nəzəri biliklər  şagirdlərə əyani olaraq təcrübələr əsasında nümayiş etdirilir.

Oksigen qazının insan həyatı üçün nə qədər faydalı olduğundan bəhs edən müəllim Nihal Hacıyeva  da 7-ci sinif şagirdlərənə laboratoriya şəraitində oksigenin alınması üsulunu göstərib. Təcrübə zamanı oksigen qazının yanmaya kömək edən qaz olduğu közərmiş çöplə sübut olunub. İnsan tənəffüsündə böyük əhəmiyyətə malik olan oksigen qazının əyani təcrübələr vasitəsilə alınması şagirdlərin böyük marağına səbəb olub.

Təcrübələri yerinə yetirməklə şagird əvvəllər aldığı biliklər əsasında müqayisə aparır, faktları sistemləşdirir, onların arasındakı əlaqələri müəyyən edir.  Ən başlıcası yeni bilik əldə edir, nəticə çıxarır və onun doğruluğunu yoxlayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi