Azərbaycan dili və ədəbiyyatı aylığı davam edlr

Fevralın 22-də məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xuraman Mehdiyevanın Azərbaycan dili fənni üzrə “İsimin halları” mövzusunda dərsi dinlənilib. Dərs sdandartlara uyğun olaraq keçirilib. Motivasiya mərhələsində Şəkidə yerləşən qədim Kiş Alban məbədi haqqında mətn təqdim edilib və məbədin tarixi haqqında sual-cavab aparılıb. Şagirdlər tədqiqat işi apardıqdan sonra Xocalı faciəsinə həsr olunmuş krossvord təqdim edilib və qan yaddaşımız olan Xocalı soyqırımı haqqında məlumat verilib. Sonra onlar bu qanlı tarixə həsr olunmuş şeirlər söyləyiblər. Dərsin sonunda şagirdlərə faciə ilə bağlı esse yazmaq tapşırılıb.