Şeir müsabiqəsi keçirilib

Dilimizin saflığını, təmizliyini  qorumaq və ədəbi nitqin inkişafını təmin etmək məqsədilə fevralın 21-də  məktəbin kitabxanasında şeir müsabiqəsi kecirilib. Müsabiqədə V-VIII sinif şagirdləri iştirak ediblər. Ana dili və ədəbiyyatı müəllimlərindən ibarət münsiflər heyəti şagirdləri dinləyib qiymətləndirib.

Şeirlər, əsasən, gözəl, cazibədar, musiqi ilə dolu olan Ana dilimizə həsr olunub. B. Vahabzadənin, X. R. Ulutürkün, T. Bayramın Ana dili haqqında yazdıqları şeirlər  şagirdlərin ifasında dinlənilib. Onlar bu şeirlər vasitısilə dilimizə olan sevgilərini ifadə etməyə calışıblar.

İstedadlı şagirdlərin ifası hamı tərəfindən hərarətlə qarşılanıb. Onlar xüsusi  diplomlarla mükafatlandırılıblar. Müsabiqədə iştirak edən16 şagirddən birinci yerə 5-ci sinif şagirdi Nəbiyev Faiq, ikinci yerə 6-cı sinif şagirdi Nəsirli İbrahim, üçüncü yerə isə 8-ci sinif şagirdi Əsədova Rəna layiq görlülüb.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Ana dilinə olan sevgilərini artırmaq, bu dilin şirinliyini, zənginliyini,  ifadəliliyini onlara çatdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi