“Himnimiz” mövzusunda dərs dinlənilib

Məktəbin fəaliyyət planına uyğun olaraq fevral ayında Ana dili və ədəbiyyatı aylığı davam edir.
Fevralın 15-də 1”B” sinfində Mahirə Əsgərovanın “Himnimiz” mövzusunda dərsi dinlənilib. Dərs Dövlət himnimizin səslənməsi ilə başlanıb.
Şagirdlər dövlət atributlarının simvollarını nümayiş etdirərək onlara həsr olunmuş şeirlər söyləyiblər. Müəllim şagirdlərə himnimizin tarixi, onun müəllifləri haqqında geniş məlumat verib. Şeir təhlil olunaraq orada olan “Dağlar qalxır ayağa” ifadəsi şagirdlərə izah olunub. Müzakirə zamanı uşaqlar şeirdə adları çəkilən Q. Məmmədov və M. Hüseynzadənin də Odlar yurdumuzun qəhrəman oğulları olduğunu öyrəniblər.