Ana dili ruhun qidasıdır

Firudin bəy köçərli demişdir: “Ana südü bədənin mayası olduğu kimi, ana dili də ruhun qidasıdır.

Hər il fevral ayının 21-də bütün dünyada keçirilən “Beynalxalq Ana dili günü” hər kəsə öz doğma dilini qorumaq, inikişaf etdirmək və onunla qürur duymaq hüququ olduğunu xatırladir. Hər bir xalq öz dilini sevməli və ona hörmət etməlidir.

Fevral ayının 15-də ədəbi nitqin inkişafını təmin etmək məqsədilə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevil Heydərova 7”B” sinfinin şagirləri ilə birlikdə “Ana dili ruhun qidasıdır” adlı dəyirmi masa keçirib. Dəyirmi masa “Şirin dil” musiqisi ilə başlanıb.

Tədbiri giriş sözü İlə açan Sevil müəllim  “Beynalxalq Ana dili günü”nün tarixindən danışaraq Ana dilimizin dövlət dili kimi formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu olduğunu  qeyd edib. Sonra söz şagirdlərə  verilib. Onlar doğma Ana dilinə həsr olunmuş şeirlər və mahnılar səsləndiriblər. Aktyorluq qabiliyyəti olan şagirdlər  S. Vurğunun “Vaqif” dramından “Vaqif və Qacarın” qarşılaşması səhnəsini nümayiş etdiriblər. Bundan başqa sifahi xalq ədəbiyyatımızdan süzülüb gələn nümunələr-atalar sözləri, yanıltmaclar, tapmaca və lətifələr söyləyiblər.

Tədbir “Qarabağ” şikəstəsi sədaları altında başa çatıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi