Oxu dərsi dinlənildi

Fevral ayı məktəbin fəaəliyyət planına əsasən Ana dili və ədəbiyyatı aylığı elan olunub. Fevralın 13-də rus bölməsinin 4”B” sinfində Gülnarə Məlikovanın “Весеннее” dərsi dinlənilib. Dərsin motivasiya mərhələsindən şeirin Şah İsmayıl Xətaiyə məxsus olduğunu anlayan şagirdlər bu görkəmli sərkərdə haqqında öz fikirlərini söyləyiblər.  Müəllim Şah İsmayıl Xətainin həm ictimai xadim, həm də öz dövrünün görkəmli şairi olduğunu şagirdlərin nəzərinə çatdırıb. O qeyd edib ki, Şah İsmayıl Xətai ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. 

Şagirdlər dərsliyə müraciət edərək şeiri oxuyub müzakirə ediblər. Yaradıcı tətbiqetmə mərhələsində isə “Весеннее” şeirini hekayə formasında təqdim ediblər.

Dərsin bütün mərhələləri standarta uyğun olaraq yerinə yetirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi