Şagirdlərin dərsdənkənar və asudə vaxtlarının təşkili

Şagirdlərin dərsdənkənar və asudə vaxtlarının səmərəli təşkil olunmsında məktəbdə fəaliyyət göstərən dərnəklərin çox böyük rolu vardır. “Mənim ana dilim”, “Bacarıqlı əllər”, “Rəsm”, “Ədəbiyyat biliciləri”, “Musiqi dünyası”, “Riyaziyyatı sevək”  və başqa dərnək məşğələlərinə şagirdlər böyük həvəslə qatılırlar.

 Fevralın 10-da isə onlar bu məşğələlərdə öyrəndiklərini nümayiş etdirmək məqsədilə akt zalına toplaşıblar.

Şagirdlər Azərbaycan və dünya ədəbiyyatı nümunələrinə müraciət edərək sevdikləri şeir parçalarını və  hekayələri  səsləndiriblər. Daha sona musiqi duyumu olan şagirdlər müxtəlif  alətlərdə ifa ediblər. Sonra növbə səhnəcik və rəqslərə gəlib çatıb. Bir sözlə, şagirdlər həm bacarıqlarını nümayiş etdirdiriblər, həm də əyləniblər. Onların dərnəklərə olan maraqları daha da artıb.

Sonda fərqlənən şagirdlərə diplomlar təqdim olunub.

                   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi