Zooloji Muzeyə ekskursiya

Fevralın 12-də məktəbin 2”A” sinif şagirdləri sinif rəhbərləri Naida İbrahimova ilə AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyə ekskursiyaya getdilər.
Onlar təbii heyvan müqəvvaları içərisində həm Azərbaycan faunasına, həm də dünya faunasına aid nümunələri yaxından seyr etdilər. Şagirdlərdə Azərbaycanın “Qırmızı Kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, adi triton, karelin tritonu, Qafqaz xaçlıcası, Qafqaz quru qurbağası, Aralıqdənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, qıvrımlələk qutan, adi ərsindimdik, qara leylək, adi flaminqo, qırmızıdöş kazarka, ağdöş qaz, ağgöz qaraördək, qara çalağan, tetraçalan, cırtdan qartalça, böyük qartal, leşyeyən, ağbaş kərkəs, adi qızılquş, qaragöz qızılquş, Qafqaz tetrası, adi turac, Qafqaz qırqovulu, boz çilkəklik, boz durna, telli durna, adi çivdimdik, sultantoyuğu, adi bəzgək, adi bizdimdik, Hindistan tirəndazı, qonur ayı, adi safsar, Xəzər suitisi, Avropa cüyürü, nəcib maral, ceyran kimi nadir növlərin eksponatları vasitəsilə əyani şəkildə faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvürləri yarandı.