STEM təlimləri üzrə dərslər davam edir

Artıq üç aydan çoxdur məktəbimizdə təşkil olunan STEM təlimləri üzrə dərslərin ən maraqlı hissələri tədris olunur. Belə ki, II-IV sinif şagirdləri üçün nəzərdə tutulan təlimlərdə aerokosmik dərslərinə başlanılmışdır. STEM kurikulumlarına uyğun olaraq, dərslər praktik keçirilir. Uşaqlar dərsin böyük hissəsini aktiv və dinamik şəkildə düşünərək nəticə əldə etməyə çalışırlar.

STEM dərslərində uşaqlar parta arxasında demək olar ki, oturmurlar, çünkü dərsin böyük hissəsi əldə olunmuş məhsulların testolunmasına və təkmilləşdirilməsinə həsr olunur.

Təcrübə göstərir ki, dərslərin praktikliyi dərsdə uşaqların interaktiv iştiraklarını təmin etmək, dərs zamanı düşünməyə, daşınmağa və təqdim etməyə vadar etmək əsas problemlərdən biridir. STEM dərsləri vasitəsilə şagirdlərin çətinliklə başa düşdükləri elmi-texniki terminlər və anlayışlar sadə şəkildə onlara göstərilir.

Bu dəfə isə balaca mühəndislər təyyarə düzəltməyin üsulu ilə əvvəlcə nəzəri olaraq, sonra isə praktik olaraq tanış oldular. Onların hər biri ayrılıqda düzəltdikləri təyyarələri sınaqdan keçirtdilər. Hər bir dərsdə olduğu kimi bu dəfə də layihə əsaslı dərs uğurla tamamlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi