Böyük ömürdən sətirlər

Bu gün 5“A” sinif şagirdləri ilə məktəbin kitabxanasında görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

İlk öncə  məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi  Təranə Əsgərova  şagirdlərə yazıçı haqqında geniş məlumat verib. Sonra şagirdlər yazıçının kitabxanada olan əsərlərindən parçalar oxuyublar. “Bahar”, “İtə ataram, yada satmaram”, “Bostan ağrısı” kimi hekayələri müzakirə olunub.

Müəllim Mir Cəlal Paşayevin həmçinin “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Yaşıdlarım” və başqa romanların müəllifi olduğunu da qeyd edib.

Sonda şagirdlər M. C  Paşayevin həyat və yaradıcılığına  həsr olunmuş video-çarxa baxıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi