Yeni layihə üzrə ilk dərslər keçirildi

Bu gün təhsilimizdə qarşıya qoyulan məqsədlərdən biri şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini formalaşdırmaqdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 281 №-li əmrinə əsasən bu ilin noyabrından məktəblərdə yeni pilot layihə olan ”Alqoritmika və proqramlaşdırmanın metodikası” əsasında dərslərin keçirilməsinə başlanıb. Qeyd edək ki, 3-cü mərhələdə layihəyə 247 №-li məktəb də cəlb olunub. Fevral ayının 1-dən etibarən Azərbaycan və rus bölmələrinin beşinci siniflərində layihə üzrə ilk dərslər keçirilib.
Layihə çərçivəsində "Scratch" vizual proqramlaşdırma dili də öyrədilir. Bu dil vasitəsilə uşaqlar öz hekayələrini, oyunlarını və animasiyalarını yarada, paylaşa və müzakirə edə bilərlər. Şagirdlər dərslərdə müxtəlif alqoritmik hərəkətləri yerinə yetirərək verilən tapşırıqlları həll ediblər. Layihənin məqsədi şagirdlərin alqoritmik və məntiqi təfəkkürünü formalaşdıraraq onlarda oyun və cizgi filmləri hazırlamaq bacarığını inkişaf etdirməkdən ibarətdir.