Şagirdlərimiz “Qiraətçi” verilişində

Ölkəmizdə məktəblilərin  kitaba və mütaliəyə olan marağını gücləndirmək üçün bir çox tədbirlər görülür. Mütaliə şagirdlərin hərtərəfli inkişafına, onların mədəni səviyyəsinin və biliyinin artmasına, söz ehtiyatının zənginləşməsinə kömək edir.

Bu baxımdan Təhsil TV-də yayımlanan “Qiraətçi” verilişinin də gördüyü işlər təqdirə layiqdir. Şagirdlər tərəfindən çox sevilən  bu verilişin  02 fevral tarixindəki  buraxılışında  məktəbimizin  Azərbaycan dili və ədəbiyyatı müəllimi Abbasova Yeganə və dərs dediyi 6”B” sinif şagirdləri qonaq olublar. Onlar “Heraklın 12 qoçaqlığı” əfsanəsini müzakirə ediblər. Şagirdlər Yeganə müəllimin  və verilişin aparıcısı Gülnarə İlhamın onlara verdiyi  bütün sualları düzgün cavablandıraraq  qədim Yunan ədəbiyyatının qəhrəman obrazı Heraklın digər qoçaqlıqları barədə də danışıblar.

Sonda aktyorluq qabiliyyəti olan şagirdlər əsərdən səhnələşdirdikləri “Herakl və Atlantın” görüşü  hissəsini nümayiş etdiriblər. Maraqlı çıxışlarına görə istedadlı şagirdlərimizi təbrik edir və onlara bol-bol uğurlar arzulayırıq.  

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi