Birinci siniflərdə korreksiya işləri aparılmışdır

  

23 yanvar tarixində məktəbin psixoloqu Gülbəniz Hüseynova birinci siniflərdə korreksiya işləri aparıb.

Kiçik məktəblilərin idrak sferasını: diqqətin, qavrayışın, təfəkkürün, yaddaşın inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədi ilə bir sıra testlərdən istifadə edib.

Psixoloq şagirdlərin müşahidə bacarığını inkişaf etdirilməsi üçün “On fərqin tapılması” metodikasını tətbiq edib. ”Dolaşıq xəttlər” metodikası ilə diqqətin konsentrasiyasının inkişafı, görmə və eşitmə yaddaşının inkişafı üçün “Yadda saxla və ötür” metodikasından, təfəkkürün korreksiyası üçün isə “Kibrit çöpü” testindən istifadə edib. ”Labirintlər” metodu ilə çıxış yolunu tapmaq təklif olunaraq şagirdlərin təfəkkürünün korreksiyasına nail olub. Şagirdlər çox maraqla verilən tapşırıqları yerinə yetiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi