Zoobulvara ekskursiya

Uşaqlara hələ kiçik yaşlarından heyvanları sevməyi, onlara qayğı göstərməyi öytrətmək lazımdır. Bəzi ev heyvanları uşaqların fiziki və mənəvi inkişafında müsbət rol oynayır. Bu canlılarla təmasda olmaq, onlarlı əzizləmək isə tamam başqa aləmdir.
1”C” sinif şagirdlərini də elə bu həvəsləri yanvar ayının 22-də sinif rəhbəri İlahə Hacızadə ilə birlikdə zoobulvara gətirib çıxarıb. Onlar burada sevdikləri heyvanları lap yaxından görmək istəyinə nail olublar. Sevinclərinin həddi-hüdudu olmayan birincilər poni, pudel, meymun, dovşan, çin toyuğu, tutuquşu, dələ və başqa canlıları əllərinə götürərək onlara gətirdikləri qidalardan da veriblər.
Heyvan bəsləmək uşaqlarda mərhəmət hissinin inkişafına təsir göstərir. Müəllim şagirdlərə zoobulvardakı heyvanlar haqqında geniş məlumat verərək onlara qarşı həmişə mehriban və qayğıkeş olmağın vacib olduğunu izah edib.