Sağlam həyat tərzi

     

            İnsan üçün dünyada ən gözəl nemət can sağlığıdır. Uşaqlarımızın sağlam olması isə hamımızın arzusudur. Sağlam həyat tərzi bilavasitə şagirdlərin təhsilinə də müsbət təsir göstərir.

             Yanvarın 22-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülnar Qorodayeva və psixoloq Gülbəniz Hüseynova 5-ci sinif şagirdlərinin iştirakı ilə “Sağlam həyat tərzi” mövzusunda seminar keçiriblər.  Əvvəlcə psixoloq şagirdlərə uşaq orqanizminin xarici mühitə qarşı çox həssas olduğunu izah edərək  sağlam qidalanmanın vacibliyindən danışıb. Gülnar Qorodayeva zərərli  vərdişlər və onların fəsadlarının əks olunduğu  slaydlar nümayiş etdirərək onlara müxrəlif suallar ünvanlayıb. Seminarda şagirdlərə  sistemli qidalanma, fiziki fəaliyyət, gigiyena  qaydaları barədə geniş məlumat verilib. Sonda şagirdlər arasında maarifləndirici oyun keçirilib. Uşaqların fəal iştirakı ilə keçirilən seminar maraqlı və yaddaqalan olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi