Sizə minnətdarıq, əziz şəhidlər!

       

         19 yanvar tarixində 3B”  sinfində də ilk dərs 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilib.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

       Tədbirdə şagirdlər 1990-cı ilin o müdhiş gecəsində baş verən hadisələrdən danışıb, şəhidlərə həsr olunmuş şeirlər söyləyib və vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. 

        Bundan başqa şagirdlər  rus ordusunun  törətdiyi  vəhşilikləri çəkdikləri  rəsmlərdə əks etdiriblər.  Tədbir sinif rəhbəri Ataşova Afət Söhbət qızının fortepianoda ifa etdiyi Qalib gələrik” mahnısı ilə sona yetib.

         Bütün bunlar şəhidlərin xatirəsinə olan ehtiramın, həssas münasibətin ifadəsidir.  Şəhidlərin davamçıları varsa,  arzuları həyata keçirsə,  xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər,  sıralarımızda yaşayırlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi