“Azərbaycan Ordusu” qəzeti şagirdlərimizdən yazdı

“Azərbaycan Ordusu” qəzetinin “20 Yanvar-Qəhrəmanlıq tariximiz” adlı məqaləsi yanvar ayının 11-də məktəbimizdə gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı keçirilmiş dəyirmi masaya həsr olunmuşdur. Məqalədə məktəbin tarix müəllimi Günay Allahverdiyeva və 10-cu sinif şagirdlərinin 1990-cı ilin yanvarında baş vermiş qanlı hadisələrlə bağlı düşüncələri dərc edilib.
”20 Yanvar xalqımızın hüzn və şərəf günüdür. Yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini milli azaqlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar.” Məqalədə bu fikirlərin tədbirə qatılan hər bir şagirdin düşüncəsində dərin yer tutduğu qeyd edilib.
Şagirdlərimizi dinləyən qəzet əməkdaşı məqalədə gənclərimizin Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızı heç zaman unutmayacaqlarına və onları daim dərin ehtiramla yad edəcəklərinə əmin olduğunu vurğulayıb.
Şagirdlərimizin fikirlərini dəyərləndirdiyi üçün “Azərbaycan Ordusu” qəzetinin əməkdaşı leytenant Günay Tağıyevaya məktəbimizin müəllim və şagird kollektivi adından dərin təşəkkürümüzü bildiririk.