Qırmızı və qara rənglərin vəhdəti

         

      “20 Yanvar” şəhidlərinin əziz xatirəsi İlahə Hacızadənin rəhbərlik etdiyi 1Ç sinfində də anılıb. Əvvəlcə Azərbaycanın azadlığı uğrunda öz canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

           Bundan sonra balacalar əllərindəki qərənfilləri şəkillər önünə düzərək dərin kədərlə şəhidlər haqqında öyrəndikləri şeirləri söyləyiblər. 20 Yanvar tarixinin Ümumxalq Hüzn Günü kimi şagirdlərin yaddaşında qalması üçün, müəllimin hazırladığı rəngləmədən istifadə olunub. Burada olan qırmızı və qara rənglərin və digər elementlərin mənası onlara izah edilib. Artıq birincilər o azadlığı qanımız bahasına əldə etdiyimizi dərk ediblər.
            Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə də sındıq. O gün “Azadlıq!” sədası göylərə qalxdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi