Şəhidlər ölməz, vətən bölünməz

20 Yanvar 1990-cı ildən bizi 28 illik məsafə ayırır. Buna baxmayaraq ölkəmizin hər yerində şəhidlərimizin xatirəsi böyük hörmət və ehtiramla yad edilir. Hamımız bu günü şəhidlərimizin adına layiq keçirməyə çalışırıq.
Məktəbimizin 8-ci sinif şagirdləri də 18 yanvar tarixində öz ehtiramlarını faciə qurbanlarının xatirəsinə həsr olunmuş elektron təqdimatlar hazırlamaqla bildiriblər. Onlar “Şəhidlər ölməz, vətən bölünməz” adlı mövzu ilə çıxış edərək Azərbaycan xalqının yeni tarixinin ən parlaq səhifəsi haqqında məlumat veriblər. Hazırladıqları təqdimatlara şəhidlərə həsr olunmuş, şeirlər, musiqilər və videoçarxlar da əlavə ediblər. Vətənin müstəqilliyi, bütövlüyü və xoş gələcəyi uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır!