Məntiq və informatika fənni üzrə bilik yarışı

        15 yanvar tarixində məktəbin informatika müəllimi Almaz Qurbanova V sinif şagirdləri arasında məntiq və informatika fənni üzrə bilik yarışı keçirib. Yarışda beşincilər onlara təqdim olunan sualları fəallıqla cavablandırıblar. 4 mərhələdə keçirilən yarışın sonunda söz kapitanlara verilib.

        Qeyd edək ki, informatika fənnini dərindən öyrənmək şagirdlərin alqoritmləşmə və müasir texnologiyalarla işləmə bacarığını inkişaf etdirir. Məntiq isə şagirdlərin düşünmə qabiliyyətlərini və intellektual səviyyələrini yüksəltməyə, təfəkkürünü inkişaf etdirməyə xidmət edir. Yarışın sonunda qalib komanda diplomla təltif olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi