Məktəbəqədər hazırlıq qruplarında monitorinq

Məktəbdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarının Azərbaycan və rus bölmələrində monitorinq keçirilib. Monitorinqin aparılması üçün məktəbin direktoru, ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri, məktəbin psixoloqundan ibarət komissiya yaradılıb. Yoxlama zamanı şagirdlərin şəkil üzrə danışıq bacarıqları, sadə riyazi təsəvvürləri, ətraf aləmlə münasibətləri müəyyənləşdirilib. Üç ay ərzində uşaqların bir çox bacarıqlara yiyələnmələri məlum olub. Qeyd edək ki, məktəbdə 4 hazırlıq qrupu fəaliyyət göstərir.