Yol hərəkəti qaydalarının təbliği

         Məktəbdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edir. Bu baximdan bu gün 3-cü  siniflərində məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülnar Qorodayeva tərəfindən yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici seminar keçirilib.

      Təlim təqdimat, praktik işlər və müzakirələrdən ibarət oldu. Şagirdlərin bu sahədə mütəmadi maarifləndirilməsi yalnız ailənin deyil, məktəblərin, digər təşkilatların və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır.

        Məktəblilər piyadaların yol hərəkəti qaydalarını ətraflı öyrənməli, küçədə, nəqliyyat vasitələrinin hərəkəti zamanı intizama ciddi əməl etməlidirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi