Vətəni sevmək hər birimizin borcudur

Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də şagirdlərdə vətənpərvərlik hisslərinin aşılanmasıdır. Şagirdlərimizə təhsil verməklə yanaşı həm də onları vətənpərvərlik ruhunda tərbiyə etmək, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızı onlara tanıtmaq, vətənə məhəbbət və sevgi hissləri aşılamaq hər birimizin borcudur. Bu sahədə məktəbimizdə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Yanvarın 11-də məktəbin tarix müəllimi Günay Allahverdiyeva 10-cu sinif şagirdləri ilə birlikdə vətənvərlik mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Ordusu” qəzetinin əməkdaşı Günay Tağıyeva da iştirak edib. Çıxış edənlər “20 Yanvar” şəhidlərindən, məktəbin adını daşıdığı Milli qəhrəman A. Rəhimovun qəhrəmanlıq səlnaməsindən, Azərbaycanın bütövlüyü uğrunda öz canlarından keçən digər döyüşçülərimizdən və tarixi şəxsiyyətlərimizdən söhbət açıblar. Sonra şagirdlərin hazırladıqları mühazirələr dinlənilib. Sonda məktəbin direktoru N. Hacıyeva çıxış edərək qonaqlara dərin təşəkkürünü bildirib.