Beynəlxalq Təşəkkür Günü

             

Hər gün insanlarla ünsiyyətdə olarkən “Sağ olun”, “Təşəkkür edirəm” ifadələrindən tez-tez istifadə edirik. Bu sehirli sözləri uşaqlara da öyrətməyə  çalışırıq. Həqiqətən də insanlar bir-birinə təşəkkür edərkən qarşı tərəfə müsbət enerji ötürür. 

Hər il dünyanın bir çox ölkələrində dekabrın 11-i “Beynəlxalq Təşəkkür Günü” kimi qeyd edilir. Elə məktəbimizin rus bölməsinin şagirdləri də bu münsibətlə ingilis dili müəllimi Zümrüd Əliyevanın rəhbərliyi altında məktəbin foyesinə toplaşdıllar. Onlar maraqlı layihə təqdim etdilər. İstedadlı şagirdlər “Təşəkkür edirəm” sözünü müxtəlif dillərdə səsləndirdilər, mahnılar oxudular, rəqslər ifa etdilər və səhnəciklər göstərdilər. Sonda isə sevimli  müəllimlərinə, valideynlərinə və  yoldaşlarına öz təşəkkürlərini bildirdilər. Biz də istedadınıza, bacarığınıza və gözəl çıxışlarınıza görə sizə təşəkkür edirik, əziz uşaqlar!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi