Mənim sevimli fənnim

Dekabrın 11-də məktəbin 8-ci sinifləri arasında tarix fənni üzrə bilik yarışı keçirilib. Tarix müəllimi Günay Allahverdiyeva şagirdləri yarışın qaydaları ilə tanış etdikdən sonra ilk sual təqdim olunub. Ümumilikdə komandalar Azərbaycan tarixi fənni üzrə 20 sualı cavablandırıb. Suallar əsasən XVIII yüzillikdə Azərbaycan tarixininin görkəmli sərkərdələri, o dövrdə baş verən müharibələr və ictimai-iqtisadi hadisələrə həsr olunub.
Komanda üzvləri sualları öz aralarında müzakirə edərək əməkdaşlıq şəraitində cavablandırmağa çalışıblar. Şagirdlər bəzi sualları xəritə üzərində izah ediblər.
Sonda qalib komandalara diplomlar təqdim olunub. Yarışın keçirilməsində məqsəd tarix fənninə sevgi aşılamaq, fənnin daha maraqlı keçirilməsi üçün şagirdlərdə həvəs oyatmaqdan ibarət olub.