“Yer kürəsinin çayları” mövzusunda dərs dinlənilib

Məktəbin illik fəaliyyət planına uyğun olaraq  yanvar ayı tarix və coğrafiya fənn aylığı elan olunub. Yanvarın 9-da məktəbin coğrafiya müəllimi Püstə Quliyevanın 10“A”  sinfində “Yer kürəsinin çayları” mövzusunda dərsi dinlənilib. Şagirdlər dərsdə çayların iqlim və relyefdən asılılığı haqqında layihə təqdim ediblər.  Layihədə şagirdlər dünya ölkələrinin çaylarını qidalanması və  rejiminə görə fərqləndiriblər.  Dünyanın fiziki xəritəsindən istifadə edərək çayları yerləşdikləri iqlim qurşaqlarına görə qruplaşdırıblar.

Yaradıcı tətbiqetmə mərhələsində çaylarda suyun ən yüksək və ən aşağı səviyyəsinin aylar üzrə hidroqrafını tərtib ediblər. Dərsin bütün mərhələləri  standartlara uyğun olaraq yerinə yetirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi