Süleyman və Nərminin idman uğurları

       Məktəbin rus bölməsinin 6-cı sinif şagirdləri Süleyman və Nərmin  idmanın üzgüçülük növü ilə məşgul olurlar. Onlar bu idman növü üzrə müxtəlif nailiyyətlər əldə ediblər. Hələ kiçik yaşlarında qardaşının üzgüçülük idman növünə olan  marağını görən  Nərmin də özünü bu sahədə sınamaq qərarına gəlir. O da Süleymanla bərabər idmanın sirlərinə yiyələnir və iştirak etdiyi yarışlardan qələbə ilə qayıdır.  İndiyədək Nərmin Səfərova müxtəlif yarışlarda  4 medal  və 10-dan dan çox  diploma layiq görülüb. 

    Qardaşı Süleyman Səfərovun isə uğurları daha böyükdür. İştirak etdiyi yarışlarda 9 medal qazanmaqla yanaşı o,  Azərbaycan yığma komandasının  tərkibində İran İslam Respublikasının Təbriz şəhərində  keçirilən üzgüçülük üzrə beynəlxalq turnirdə iştirak edib.  Bu yarışda Süleymanın iştirak etdiyi komanda 1-ci yerə layiq görülüb. Onları təbrik edir və hər zaman qələbə ilə qayıtmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi