Nilayın idman uğurları davam edir

        5 a sinfində təhsil alan Nilay Nüseyn  artıq 8 ildir ki, qədim idman növü olan “Karate” ilə məşgul olur.  O bir çox yarış və turnirlərdə qələbə qazanaraq 15-dən artıq diplom və medal əldə etmişdir. Ötən il Nilay  Azərbaycan Respublikası “Kyokuşin Karate Federasiyası”  tərəfindən texniki və mənəvi tələbləri  yerinə  yetirdiyinə görə,  özünü bu döyüş sənətində fiziki, əqli və mənəvi cəhətdən inkişaf etdirməyə söz verdiyinə görə II kyu (qəhvəyi kəmər) dərəcəsinə layiq görülmüşdür.  

        Karateçi qızımız 2017-ci ili uğurla başa vurdu. Belə ki, dekabr ayının 23-də keçirilən 8-9 yaş dərəcəsində XIX Azərbaycan Çempionatında I yerə layiq görülmüşdür.

        Qeyd edək ki, Nilay idmanda nailiyyətlər qazanmaqla yanaşı dərslərini də yaxşı oxuyur.  Valideynləri, müəllimləri, sinif yoldaşları və kiçik bacısı da onun uğurlarına sevinirlər. Nilayı təbrik edir və ona gələcək yarışlarda da bol-bol uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi