İki əlamətdar gün qeyd edildi

   

     Dekabrın 29-də məktəbin ibtidai sinif müəllimi Naibə Məmmədovanın rəhbərlik etdiyi 3A sinfinin şagirdləri  akt zalında  “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və yeni ilin gəlişi ilə əlaqədar tədbir keçirdilər.  

      Tədbir Dövlər himnimizin səslənməsi ilə açıq elan olundu. Sonra məktəbin direktoru N. Hacıyeva çıxış edərək bu günün əhəmiyyətindən banışdı. O qeyd etdi ki, “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə bayramın keçirilməsi yer üzündə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Çıxışlardan sonra söz şagirdlərə verildi. Onlar vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər, şeirlər söylədilər.

    Şaxta baba və Qar qızın səhnəyə daxil olması uşaqların əhval-ruhiyyəsini daha da artırdı. Şagirdlər nağıl qəhrəmanlarından “Buratino”, “Tıq-tıq xanım”, “Qırmızıpapaq” və s. obrazları canlandırdılar. Yeni ilə həsr olunmuş tapmacalar, seirlər və mahnılar söylədilər. Sonda məktəbin direktoru N. Hacıyeva tədbir iştirakçılarını hər iki bayram münasibətilə təbrik edərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi