"Haydı, qızlar" adlı yarış keçirildi

        Dekabrın 28-də  məktəbin akt zalında təsviri incəsənət müəllimi Xədicə Əzimovanın rəhbərliyi altında 7-ci sinif qızlarının iştirakı ilə "Haydı, qızlar" adlı yarış keçirildi. Yarış "31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik günü" və yeni il bayramına həsr olunmuşdu.

        Beş mərhələdən ibarət yarışda qızlar öz məharətlərini göstərdilər. Onlar birinci mərhələdə qar adamı, ikinci mərhələdə isə dəvətnamə hazırladılar. Yarışın üçüncü mərhələsi isə "Karnaval" geyiminin nümayişinə həsr olundu. Dördüncü mərhələdə yarış iştirakçıları öz rəsm bacarıqlarını nümayiş etdirdilər. Münsiflər heyəti tərəfindən onlara "Qış nağılı" adlı rəsm çəkmək tapşırıldı. Yarışın beşinci mərhələsi daha maraqlı anlarla yadda qaldı. Qızlar öz əyləşdikləri kiçik masaları yeni il süfrəsinə uyğun bəzədilər.

        Münsiflər heyəti tərəfindən onların işləri yüksək qiymətləndirildi. Sonda qalib komanda üzvlərinə hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi