Ədəd oxu üzərində iş

              Riyaziyyat bütün elmlərin açarı hesab edilir. Ona görə də bu fənni hələ kiçik yaşlrından şagirdlərə sevdirmək lazımdır. Məktəbimizin müəllimləri də bu sahədə əllərindən gələni edirlər. Dekabrın 27-də 1ç sinif şagirdlərinə sinif rəhbəri İlahə Hacızadə riyaziyyat fənni üzrə "Ədəd oxu üzərində iş" mövzusunu tədris etdi.  Dərs açıq havada məktəbin həyətində keçirildi. Şagirdlər üçün həyətdə çəkilmiş böyük ölçülü  ədəd oxu üzərində misalları həll etmək çox maraqlı oldu. Onlar burada toplama və çıxma əməllərini böyük həvəslə yerinə yetirdilər. Dərsi əylənərək öyrənən birincilər məmnun halda sinif otaqlarına qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi